Məşhur Quran qiraət ustadı Məhəmməd Məhmud Üsfur bu gün, Cümə günü, 17 Aprel 2020-ci il, günün ikinci yarısında, 82 yaşında ikən dünyasını dəyişib.
Məhəmməd Məhmud Üsfur 1932-ci ildə anadan olmuşdur. Uşaq ikən Manufiyya vilayətinin Mirur-Rixa kənd məktəbində Quranı hifz etməyə başlamışdır. 9 yaşında ikən Quranı əzbərləmişdi.
O uşaq ikən Quran qiraətinin sirlərini böyük ustadlar yanında öyrənmiş və 13 yaşında qiraət icazəsi barədə şəhadətnamə almışdı.